Afrika liderləri sülh təklifi üçün bu ay Rusiya və Ukraynaya səfər edə bilər

Afrika liderləri sülh təklifi üçün bu ay Rusiya və Ukraynaya səfər edə bilər
# 06 iyun 2023 15:32 (UTC +04:00)

Altı Afrika dövləti liderləri sülh təşəbbüsü çərçivəsində bu ay Rusiya və Ukraynaya səfər edə bilər.

APA Cənubi Afrika Respublikası Prezidentinin ofisinə istinadən xəbər verir ki, bu barədə qərar Afrika ölkələri liderlərinin dünənki görüşündə təsdiqlənib.

Qeyd olunub ki, Afrika liderləri atəşkəsin əldə olunması və regionda uzunmüddətli sülhün təmin olunması ilə bağlı həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə görüşməyi qərara alıblar.

Afrika liderləri tərəfindən xarici işlər nazirlərinə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması planının işlənib hazırlanmasını başa çatdırmaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR