“Sülhə gedən yol” təşəbbüsü çərçivəsində Ukraynadakı münaqişənin həlli yollarını tapmaq üçün bir sıra Afrika ölkələrinin liderlərinin sülh missiyasının Moskva və Kiyevə səfəri iyunun sonunadək baş tutacaq.
APA-nın verdiyi xəbərə görə, bu barədə Afrika ölkələrinin sülh missiyasının səfərini asanlaşdıran “Brazzaville Foundation” qeyri-kommersiya təşkilatı məlumat yayıb.
“Afrika ölkələrinin “Sülhə aparan yol” sülh missiyası çərçivəsində Ukraynada nizamlanma üzrə hazırlıq işləri başa çatıb, bu, mayın 22-dən iyunun 5-dək həyata keçirilib. Liderlərin Rusiya və Ukraynaya səfəri 2023-cü ilin iyun ayının sonuna qədər baş tutacaq. Səfərinin əlaqələndirilməsi, o cümlədən logistika və diplomatik aspektlər müvafiq ölkələrin diplomatik kanalları vasitəsilə həyata keçiriləcək”, - açıqlamada deyilir.