Azərbaycanda sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün ödədikləri ümumi məbləğ açıqlanıb

Azərbaycanda sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün ödədikləri ümumi məbləğ açıqlanıb  
  • Clock-gray 09:42
  • calendar-gray 12 İyul 2019

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Texniki Şuralarına daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19 122,5 kVt güc sifariş edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sahibkarlar tərəfindən Texniki Şuralara 3 399 680,01 manat qoşulma haqqı ödənilib. 

Qeyd edək ki, bu ilin birinci yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1 174 müraciətə baxılıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date