Bakı-2019: Azərbaycan həndbolçuları Danimarka ilə bacarmayıblar

Bakı-2019: Azərbaycan həndbolçuları Danimarka ilə bacarmayıblar
# 23 iyul 2019 23:31 (UTC +04:00)

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Yay Festivalı çərçivəsində həndbol yarışlarında II turun oyunları keçirilib.

APA-nın məlumatına görə, A qrupunda çıxış edən oğlanlardan ibarət Azərbaycan yığması Danimarka ilə qüvvəsini sınayıb.

İlk matçda Almaniyaya 9:45 hesabı ilə uduzan komandamız yenə böyük hesabla məğlub olub. Danimarkalılar 32:8 (14:5) hesabı ilə qalib gəliblər.

Qrupun digər oyununda Almaniya ilə Serbiya üz-üzə gəlib. Bundestim rəqibini 31:17 hesabı ilə məğlub edib.

Sabah təşkil olunacaq sonuncu turda yarımfinala vəsiqəni təmin edən Danimarka və Almaniya bir-biri ilə oynayacaq. Mükafat qazanmaq şansını itirən Azərbaycan isə Serbiya ilə matçda ilk xalını qazanmağa çalışacaq.

Ölkə

O

Q

H

M

T

X

Almaniya

2

2

0

0

76-26

4

Danimarka

2

2

0

0

61-24

4

Serbiya

2

0

0

2

33-60

0

Azərbaycan

2

0

0

2

17-77

0

Qeyd edək ki, yığma qrup mərhələsindən sonra 5-8-ci yerlər uğrunda oynayacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR