Bakıda qızını öldürən şəxsə 15 il cəza verilib

Bakıda qızını öldürən şəxsə 15 il cəza verilib
# 18 iyul 2019 16:08 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR