Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Amerikanın səsi” radiosuna açıqlamasında Ukrayna xüsusi xidmət orqanlarının Sudanda pilotsuz təyyarələrin hücumlarında əli olması ehtimalı ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib edib.
APA-nın “Ukrayinska Pravda”ya istinadən verdiyi məlumata görə, Budanov bildirib ki, vaqnerçilər Sudanda çevrilişdə iştirak ediblər.
"Bunlar bizim düşmənlərimizdir və biz dünyanın istənilən yerində hərəkət edəcəyik", - Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.