Burkina-Fasoda dövlət çevrilişi hazırlayan bir qrup hərbçi həbs edilib

Burkina-Fasoda dövlət çevrilişi hazırlayan bir qrup hərbçi həbs edilib
# 12 yanvar 2022 04:18 (UTC +04:00)

Burkina-Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı “Burkina” xəbər agentliyi ölkənin hərbi ədliyyəsinə istinadən məlumat yayıb.

“Hərbi tribunal yanvarın 8-də respublika təsisatlarında sabitliyi pozmağa cəhddə şübhəli bilinən qrup üzvlərindən birinin denonsasiyası ilə bağlı iş açıb”, deyə hərbi ədalət kommünikesində deyilir.

Qeyd edək ki, Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore son aylarda ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR