Burkina-Fasoda mədən qəzasında 60 nəfər həlak olub

Burkina-Fasoda mədən qəzasında 60 nəfər həlak olub
# 22 fevral 2022 05:34 (UTC +04:00)

Burkina-Fasoda qanunsuz qızıl mədəndəki dinamit anbarında partlayış baş verib.

APA-nın AFP-yə istinadla xəbərinə görə, hadisə nəticəsində 60 nəfər həlak olub. Bundan başqa, 50-dən çox adam xəsarət alıb. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayışın gücündən ətrafda böyük çuxurlar açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR