Burkina-Fasoda qızıl mədəninə hücum zamanı 11 nəfər ölüb

Kustar mədən

© APA | Kustar mədən

# 13 mart 2022 23:15 (UTC +04:00)

Burkina-Fasonun şimalında qızıl mədəninə hücum zamanı 11 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə yerli polis məlumat verib. Bildirilib ki, silahlı şəxslərin məqsədi kustar üsulla qazılmış mədəni ələ keçirmək olub. Silahlı qruplaşmalar sözügedən mədənə nəzarət uğrunda uzun müddətdir mübarizə aparırlar.

Burkina-Fasoda kustar qızıl hasilatı qadağan edilsə də, bu sahədə qeyri-rəsmi olaraq 1 milyondan çox insan işləyir. Vaxtaşırı baş verən qəzalarda hər il yüzlərlə insan həyatını itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR