Burkina Fasoda silahlılar 11 hərbçini öldürüb

Burkina Fasoda silahlılar 11 hərbçini öldürüb
# 21 mart 2022 05:01 (UTC +04:00)

Burkina-Fasonun şərqində silahlılar azı 11 hərbçini öldürüb, 8-i yaralayıb.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, səlahiyyətlilər hücumun təfərrüatlarını açıqlamayıb.

Yanvarın 23-24-də hərbçilər iğtişaşlar nəticəsində hakimiyyəti ələ keçirdilər və bu hakimiyyət indi onların yaratdıqları “Mühafizə və Bərpa Uğrunda Patriot Hərəkatı”nın əlindədir.

Hərəkata polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba rəhbərlik edir.

Hərbçilər prezidenti devirib, hökuməti və parlamenti buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR