Burkina-Fasoda terror aktı törədilib, ölənlər var

Burkina-Fasoda terror aktı törədilib, ölənlər var
# 29 iyul 2022 04:41 (UTC +04:00)

Burkina-Fasonun şimalında yol kənarında törədilən iki partlayış nəticəsində azı 6 hərbçi və 3 polis həlak olub.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb

Partlayışlar Mali ilə sərhədə yaxın ərazidə törədilib.

Burkina-Faso son illərdə Qərbi Afrikadakı silahlı qrupların terror fəaliyyətinin episentrinə çevrilib. Ölkənin şərq və şimal-şərq bölgələrində iki terror qruplaşması fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR