Burkino-Fasoda dövlət çevrilişi olub - YENİLƏNİB

Burkino-Fasoda dövlət çevrilişi olub  - YENİLƏNİB
# 24 yanvar 2022 14:17 (UTC +04:00)

Afrikada yerləşən Burkino-Fasoda dövlət çevrilişi olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hərbçilər Prezident Rok Mark Kristian Kaboreni devirdiklərini elan ediblər.

Onlar keçid hökumətinin formalaşacağını və ölkənin bütün beynəlxalq öhdəliklərə sadiq olacağını da bildiriblər.

***

13:11

Burkino-Fasoda hərbi çevriliş baş verib.

APA TASS-a istinadən xəbər verir ki, ölkə Prezidenti Rok Mark Kristian Kabore hərbçilər tərəfindən saxlanılıb və hərbi bazalardan birinə yerləşdirilib.

Üsyançılar Prezidentdən istefa verməsini tələb edirlər.

Yaxın saatlarda hərbi komandanlığın dövlət çevrilişi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Burkino-Fasoda yanvarın 23-də br sıra hərbi hissələrdə hərbçilərin üsyanı başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR