Burkino-Fasoda məscidə hücum zamanı, 9 nəfər həlak olub

Burkino-Fasoda məscidə hücum zamanı, 9 nəfər həlak olub
# 14 yanvar 2023 07:20 (UTC +04:00)

Burkino-Fasoda məscidə hücum olub.

APA xarici mediaya istinadən xəbər verir ki, hadisə Falagountou rayonunda baş verib.

Naməlum silahlı şəxslər axşam namazı vaxtı məscidə hücum edib.

Hadisə zamanı imam da daxil olmaqla 9 nəfər həlak olub.

Xatırladaq ki, Burkino-Faso ilə həmsərhəd Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.

Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR