Çadda fövqəladə vəziyyət elan edilib

Çadda  fövqəladə vəziyyət elan edilib
# 04 iyun 2022 06:17 (UTC +04:00)

Dünyanın ən kasıb ölkələrindən olan Çad Respublikası Ukraynada hərbi əməliyyatlar nəticəsində yaranmış böhrana görə ərzaq problemi ilə üzləşib.

APA xəbər verir ki, hökumət bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edib.

Mərkəzi Afrika ölkəsindəki mövcud ərzaq problemi taxıl ixracının blokadaya düşməsi ilə daha da gərginləşib.

Çad hökuməti beynəlxalq tərəfdaşlarından ona yardım göstərməyi xahiş edib.

Ukraynada gedən hərbi əməliyyatlar dənli bitkilərin və yağların qiymətlərinin kəskin artmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR