CAR-da atışmada 7 nəfər ölüb

CAR-da atışmada 7 nəfər ölüb
# 04 iyun 2023 07:51 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərindəki “Glebelands” hostelində atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə yerli Enca telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, 20-40 yaşlarında olan 9 kişi hosteldə spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər peyda olub və onlara atəş açmağa başlayıb. Hadisəni törədənlər daha sonra hadisə yerindən qaçıblar.

"Yeddi zərərçəkən yerindəcə ölüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - polisdən bildirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR