CAR-da daşqın nəticəsində ölənlərin sayı artıb

CAR-da daşqın nəticəsində ölənlərin sayı artıb
# 20 aprel 2022 07:37 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqın nəticəsində ölənlərin sayı 448-ə çatıb.

APA xəbər verir ki, bu barədə yerli INC telekanalı məlumat yayıb.

Qeyd olunur ki, gün ərzində 5 nəfərin meyiti tapılıb. Daha 60 nəfər itkin düşmüş hesab edilir.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa aprelin 18-də ölkədə ümummilli fəlakət rejiminin tətbiq olunduğunu elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR