CAR prezidenti enerji böhranına görə Davosa səfərini ləğv edib

CAR prezidenti enerji böhranına görə Davosa səfərini ləğv edib
# 17 yanvar 2023 02:49 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa ölkədəki enerji böhranına görə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakdan imtina edib.

APA-nın Sinxua agentliyinə istinadla xəbərinə görə, bu barədə CAR prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “mövcud enerji böhranına görə prezident Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə planlaşdırılmış səfərini ləğv edib”.

Qeyd edək ki, son aylarda CAR-da elektrik enerjisi təchizatı ilə bağlı problemlər artıb. Bu da ölkədə sosial narazılıq doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR