Cənubi Afrikada daşqınlar nəticəsində biri polis olmaqla 6 nəfər ölüb

Cənubi Afrikada daşqınlar nəticəsində biri polis olmaqla 6 nəfər ölüb
# 10 yanvar 2022 03:12 (UTC +04:00)

Cənubi Afrika Respublikasının cənubunda daşqın nəticəsində azı altı nəfər, o cümlədən polis dalğıc bölməsinin üzvü həlak olub.

APA-nın məlumatına görə, bu barədə yerli “SABC” radiosu Şərqi Keyp vilayətinin rəhbəri Oskar Mabuyana istinadən xəbər yayıb.

O.Mabuyan bölgədə leysan yağışlarının davam etməsilə bağlı əhalini daha diqqətli olmağa çağırıb.

Qeyd edək ki, yanvarın 8-də ölkənin İst-London şəhəri və ətraf bölgələrdə güclü leysan yağıb. Bir neçə saat ərzində sözügedən ərazilər su altında qalıb. Yüzlərlə ev dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR