Efiopiyada separatçılar şəhərə hücum ediblər

Efiopiyada separatçılar şəhərə hücum ediblər
# 06 noyabr 2022 23:12 (UTC +04:00)

Oromo Azadlıq Ordusunun separatçı dəstələri Efiopiyanın qərbindəki Nekemte şəhərinə hücum edib.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Separatçı dəstə Nekemteyə daxil olaraq şəhər daxilində yerləşən ordu düşərgəsini atəşə tutublar.

Efiopiya hakimiyyət orqanları hələlik hadisəyə münasibət bildirməyib.

Son günlər şəhər yaxınlığında nizami qoşunlarla separatçı dəstələr arasında döyüşlər gedir.

Oromo Azadlıq Ordusu Oromo Azadlıq Cəbhəsinin hərbi qoludur.

Onalar Efiopiyanın ən sıx məskunlaşma olan əyaləti Oromiyanın müstəqilliyinə nail olmaq istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR