Ekvadorda torpaq sürüşməsində ölənlərin sayı 27-ə çatıb - YENİLƏNİB

Ekvadorda torpaq sürüşməsində ölənlərin sayı 27-ə çatıb - YENİLƏNİB
# 02 aprel 2023 05:55 (UTC +04:00)

Ekvadorun Alausi şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Təbiət hadisəsi 27 nəfərin ölümünə səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Fövqəladə Hallar İdarəsinin martın 31-nə olan məlumatına görə, 67 nəfər itkin düşüb.

Xatırladaq ki, hadisə martın 27-nə keçən gecə baş verib.

Ümumilikdə təbii fəlakət zonasında 500-dən çox insan olub.

163 evin dağıldığı və ya zərər gördüyü təxmin edilir.

***

01.04.2023

Saat 02:49

Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 21 nəfər ölüb. 31 nəfər xəsarət alıb, azı 72 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə EFE agentliyi xilasedicilərə istinadla məlumat yayıb.

Daha əvvəl 17 nəfərin öldüyü bildirilirdi.

Martın 27-nə keçən gecə baş verən torpaq sürüşməsi nəticəsində yaşayış binaları uçub. Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR