Əlcəzairdə xəstəxanada yanğın baş verib, yeni doğulmuş 8 körpə ölüb

Əlcəzairdə xəstəxanada yanğın baş verib, yeni doğulmuş 8  körpə ölüb
# 24 sentyabr 2019 12:38 (UTC +04:00)

Əlcəzairdə xəstəxananın doğum şöbəsində baş verən yanğında 8 yeni doğulmuş körpə ölüb.

APA-nın "İndependent" qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın gecə saatlarında paytaxt Əlcəzair şəhərindən cənub-qərbdə yerləşən El Oued qəsəbəsindəki xəstəxanada qeydə alınıb.

Əlcəzair Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib ki, 11 körpə, 107 qadın və xəstəxanada çalışan 28 nəfər xilas edilib.

Əlcəzairin Baş Naziri hadisənin araşdırılması ilə bağlı göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR