Fransa qoşunlarının Burkina-Fasodan çıxarılması tələb edilib

Fransa qoşunlarının Burkina-Fasodan çıxarılması tələb edilib
# 20 yanvar 2023 23:45 (UTC +04:00)

Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransanın ölkədəki hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, etiraz aksiyasında bir neçə yüz adam iştirak edib. Onlar Paris əleyhinə şüarlar səsləndirib, Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb ediblər. Aksiyaçılar Fransa bayraqlarını yandırıb, bayraqla küçələri süpürüblər.

Aksiya dinc şəraitdə baş tutub, güc strukturları etirazçılara müdaxilə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR