Kamerunda 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb

Kamerunda 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb
# 12 may 2022 02:05 (UTC +04:00)

Kamerunda boru kəməri şirkətlərindən birinə məxsus təyyarə qəzaya uğrayıb.

APA “AFP”ə istinadən xəbər verir ki, təyyarədə 11 nəfər olub.

Xilasetmə xidmətləri sərnişinlərin axtarışını aparır.

Bildirilir ki, əvvəlcə təyyarə ilə radioəlaqə kəsilib.

Sonra təyyarənin Nanqa Eboko şəhəri yaxınlığındakı meşədə qəzaya uğradığı məlum olub.

Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR