Kanada polisi seneqallı diplomata qarşı zorakılıq faktını araşdırır - YENİLƏNİB

Seneqal XİN

© APA | Seneqal XİN

# 07 avqust 2022 06:36 (UTC +04:00)

Kanada polisi seneqallı diplomata qarşı zorakılıqla bağlı təhqiqata başlayıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinıə görə, bu barədə Kanada Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Nazirlik qeyd edib ki, Müstəqil Təhqiqat Bürosu (polisə nəzarət orqanı) hadisəni araşdırır.

Saat 23.45

Seneqal XİN Kanada polisini Ottavada fəaliyyətdə olan diplomat qadına qarşı zor tətbiqində ittiham edib.

APA-nın xəbərinə görə, Seneqal XİN bildirib ki, toxunulmazlığına rəğmən Kanada polisi diplomatın evinə soxularaq onu qandallayıb və güc tətbiq edib. Diplomat qadının halı pisləşdiyi üçün təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Kanada polisi isə yaydığlı açıqlamada göstərib ki, məhkəmə icraçıları qadının diplomatik statusu barədə məlumatlı olub. Lakin qadın onlara qarşı aqressiv davranıb və polislə əməkdaşlıqdan imtina edib. Polis əməkdaşları onu sakitləşdirmək üçün müdaxilə edib. Diplomat polis qadına sillə vurduğu üçün onun həbsinə qərar verilib.

Məsələ ilə bağlı Kanadanın Seneqaldakı səfiri XİN-ə çağırılaraq diplomata qarşı edilən hərəkət pislənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR