Keniyada idarəetmədən çıxan avtobusun aşması nəticəsində 24 nəfər ölüb - FOTO

Keniyada idarəetmədən çıxan avtobusun aşması nəticəsində 24 nəfər ölüb - FOTO
# 25 iyul 2022 02:59 (UTC +04:00)

Keniyada sərnişin avtobusu idarəetmədən çıxaraq 40 metr hündürlükdən Niti çayına düşüb.

APA “abcnews” saytına istinadən xəbər verir ki, dəhşətli qəzada 24 sərnişin həyatını itirib.

Meru şəhərindən Mombasa şəhərinə gedən avtobusun qəzaya uğraması nəticsəində çox sayda yaralı olduğu deyilir.

Qəzadan sonra sərnişinlərin meyiti çaya səpələnib.

Yaralılar Çoqoriya və Çuka xəstəxanalarına yerləşdirilib. Yaralıların dəqiq sayı verilməsə də avtobusda ən azı 40 nəfərin olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbə avtobusun əyləc sistemindək nasazlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR