KIV: İtaliya Baş naziri Liviyaya səfər edəcək

Ciorcia Meloni

© APA | Ciorcia Meloni

# 26 yanvar 2023 16:50 (UTC +04:00)

İtaliya Baş naziri Ciorcia Meloni bu həftənin sonunda Liviyanın paytaxtı Tripoliyə səfər etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Qeyd olunub ki, səfər zamanı ölkələr arasında enerji sazişinin imzalanması gözlənilir. Saziş İtaliyanın enerji şirkəti “Eni” ilə Liviya Milli Neft Korporasiyası (NOC) arasında imzalanacaq.

Xatırladaq ki, NOC-un İdarə Heyətinin sədri Farhat Benqdara bir müddət əvvəl elan etmişdi ki, 8 milyard dollarlıq müqavilə Aralıq dənizində iki dəniz qaz yatağının işlənməsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR