Malidə (Qərbi Afrika), şənbə günü, sentyabrın 23-ü günortadan sonra, ehtimal ki, Rusiyanın Wagner özəl hərbi şirkətinin yaraqlılarının istifadə etdiyi İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, təyyarənin Belarusun “Rubystar Airways” şirkətinə məxsus olduğu ehtimal edilir.
"Görünür, Yevgeni Priqojinin təyyarəsi Vaqnerin faciələrinin sonuncusu deyil" deyə jurnalistlər yazır.