Konqo Demokratik Respublikasında BMT helikopteri atəşə tutulub, bir sülhməramlı ölüb

Konqo Demokratik Respublikasında BMT helikopteri atəşə tutulub, bir sülhməramlı ölüb
# 05 fevral 2023 21:46 (UTC +04:00)

Bazar günü naməlum silahlı şəxslər Konqo Demokratik Respublikasının DCR) şərqində Birləşmiş Millətlər Təşkilatının Konqo Sabitləşdirmə Missiyasının (MONUSCO) helikopterini atəşə tutub, bir sülhməramlı ölüb.

APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi missiya nümayəndəsinə istinadən məlumat yayıb.

Helikopter yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 17:00) Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.

“France-Presse”in məlumatına görə, ölən sülhməramlı Cənubi Afrika vətəndaşı olub. Daha bir nəfər xəsarət alıb, onun vəziyyəti məlum deyil.

BMT missiyasının helikopterini dəqiq kimin vurduğu məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR