Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub

Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub
# 30 mart 2022 01:45 (UTC +04:00)

Konqo Demokratik Respublikasında BMT-nin sülhməramlı qüvvələrinə (Mavi Dəbilqəlilər) məxsus helikopter qəzaya uğrayıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, qəza zamanı 8 hərbçi həlak olub. Onlardan altısı Pakistan, ikisi Rusiya, biri Serbiya vətəndaşıdır.

Pakistan ordusunun yaydığı açıqlamaya görə, qəzanın dəqiq səbəbi bilinmir.

BMT faktı təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR