Konqoda kilsədə partlayışda 12 nəfər ölüb, 50-ya yaxın insan yaralanıb

Konqo

© APA | Konqo

# 16 yanvar 2023 12:22 (UTC +04:00)

Konqo Demokratik Respublikasının şimal-şərqində kilsədə baş verən partlayışda azı 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

APA “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş kilsədəki partlayışı qətiyyətlə pisləyib və BMT-nin ölkənin şərqinə sülh və sabitlik gətirmək səylərində Konqonu dəstəkləməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, dünən Konqonun Şimali Kivu əyalətinin Kasindi şəhərində kilsədə həftəsonu ibadət mərasimi zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə güclü partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR