Konqoda qızıl mədəninə hücumda 35 nəfər ölüb

Konqoda qızıl mədəninə hücumda 35 nəfər ölüb
# 09 may 2022 04:00 (UTC +04:00)

Silahlı qruplaşmanların İturi regionundakı qızıl mədəninə hücumundan sonra 35 meyit aşkar edilib.

APA xəbər verir ki, bunu mədənin yerləşdiyi kəndin başçısı bildirib.

Qeyd olunub ki, ölənlər arasında uşaq və qadınlar da var. İtkin düşənlər olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Yaralılardan onunun vəziyyəti ağırdır. Ərazi meşəlik olduğundan ordunun müdaxiləsi gecikib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR