Liviya parlamenti hərbi məhkəmələrə mülki şəxsləri mühakimə etməyi qadağan edib

Liviya parlamenti hərbi məhkəmələrə mülki şəxsləri mühakimə etməyi qadağan edib
# 03 iyun 2023 23:02 (UTC +04:00)

Liviya Nümayəndələr Palatasının hərbi məhkəmələrin mülki şəxsləri mühakimə etməsinə qadağa qoyması qərarı ölkə daxilində dəstəklənib.

APA xəbər verir ki, bu barədə Liviya Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Liviyanın bir çox siyasi təşkilat qərarı ölkə parlamentinin müsbət, lakin gecikmiş addımı hesab edir. Bildirilir ki, “Hərbi cəzalar və hərbi prosedurlar haqqında” qanuna hərbçilərə mülki şəxsləri, o cümlədən jurnalistləri və bloqqerləri ittiham etmək, araşdırmaq və mühakimə etmək imkanı verən zəruri düzəlişlər ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR