Liviyada etirazçılar neft hasilatını dayandırıblar  - YENİLƏNİB

Liviyada etirazçılar neft hasilatını dayandırıblar  - YENİLƏNİB
# 17 aprel 2022 16:36 (UTC +04:00)

Liviya Milli Neft Korporasiyası bu gün ölkənin cənubundakı El Fil yatağında neft hasilatını dayandırdıqdan sonra orada fors-major vəziyyəti elan edib.

APA bildirir ki, bu barədə Korporasiya bəyanat verib.

Məlumata görə, dünən axşam bir qrup şəxs El Fil neft yatağına daxil olaraq, istehsalın qarşısını almağa cəhd edib:

“Bu təxribat aktı nəticəsində bazar günü istehsal tamamilə dayandırılıb. Buna görə də korporasiya müqavilə öhdəliklərini yerinə yetirə bilmir və növbəti xəbərdarlıq gələnə qədər fors-major vəziyyəti elan etməlidir”.

Milli Neft Korporasiyası mövcud vəziyyətdən təəssüfləndiyini bildirib.

***

11:39

Liviyada baş nazir Abdel Hamid Dbeibanın istefasını tələb edən etirazçılar El Fil neft yatağının qarşısını kəsiblər.

APA bildirir ki, bu barədə Bloomberg hazırda həmin məkanda vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, etirazçılar yatağa toplaşdıqdan sonra orada neft hasilatı dayandırılıb. Həmçinin, El Filadan ixrac dayandırılıb. Qeyd olunur ki, adətən bu yataqdan gündə təxminən 65 min barel neft hasil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR