Malidə terror hücumu 18 nəfərin ölümünə səbəb olub

Malidə terror hücumu 18 nəfərin ölümünə səbəb olub
# 28 iyul 2022 01:37 (UTC +04:00)

Malidə terror hücumu zamanı 15 hərbçi və 3 mülki şəxs həlak olub.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, hücum Mavritaniya ilə sərhədə yaxın ərazidə baş verib.

Malinin Müdafiə Nazirliyi bildirib ki, cavab tədbirləri sayəsində 48 terrorçu, həmçinin onlara məxsus avtomobillər və silah məhv edilib.

Qeyd edək ki, eyni ərazidə Əl-Qaidənin terror hücumu ötən həftə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR