Malidə təyyarə qəzası zamanı rus pilot həlak olub

Malidə təyyarə qəzası zamanı rus pilot həlak olub
# 05 oktyabr 2022 03:10 (UTC +04:00)

Mali ordusunun yeni əldə etdiyi Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, faktı Mali Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib. Qəza zamanı rus pilotun öldüyünü bildirən Baş Qərargah hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Yerli KİV-lərin əldə etdiyi qəza videosunu təhlil edən hərbi ekspertlər isə qəzaya uğrayan təyyarənin Su-25 deyil, Albatros L-39 olduğunu iddia edirlər. Keçmiş Çexoslovakiyanın istehsalı olan L-39 təyyarəsi təlim üçün nəzərdə tutulsa da, Afrika ölkələri ondan qırıcı kimi də istifadə edir. Bu təyyarələr rusiyanın avqustda Maliyə göndərdiyi hərbi avadanlıqlar arasında yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR