Misir ölkəyə giriş üçün COVID-19 ilə bağlı bütün məhdudiyyətləri ləğv edib

Misir ölkəyə giriş üçün COVID-19 ilə bağlı bütün məhdudiyyətləri ləğv edib
# 17 iyun 2022 01:33 (UTC +04:00)

Misir ölkəyə gələnlər üçün koronavirus infeksiyasının qarşısını almaq üçün bütün məhdudlaşdırıcı tədbirlərin ləğv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yeni qaydalar həm xaricdən gələn əcnəbilərə, həm də Misir vətəndaşlarına şamil ediləcək.

Ali Təhsil və Elmi Tədqiqatlar naziri Xalid Əbdül Qaffarın sözlərinə görə, Misirdə indiyədək 86,6 milyon insan koronavirusa qarşı ən azı bir doza peyvənd alıb, 4,5 milyon insan təkrar peyvənd olunub.

“Peyvəndləmə kampaniyasını başa çatdırmaq üçün hazırkı peyvənd ehtiyatları 57,5 milyon doza qiymətləndirilir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR