Misir XİN başçısı Türkiyənin zəlzələ bölgəsinə gedəcək

Misir XİN başçısı Türkiyənin zəlzələ bölgəsinə gedəcək
# 27 fevral 2023 11:41 (UTC +04:00)

Misirin xarici işlər naziri Sameh Şükrü Türkiyənin zəlzələ bölgəsinə - Adana şəhərinə gedəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri Türkiyə ilə həmrəylik nümayiş etdirmək üçün bu ölkəyə səfərlər edib.

“Bu gün günorta isə Misirin xarici işlər naziri Sameh Şükrü Adanaya gələcək. Misir də ilk gündən Türkiyəyə yardım edən ölkələr arasındadır. İlk yardım gəmisi gəlib, ikinci gəmi də bu gün Mersinə gələcək. Mən özüm isə bu gün Adanda misirli həmkarımı qarşılayacağam. Bu səfər üçün də təşəkkür edirəm", XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR