Misirdə avtobusla yük maşını toqquşub, 12 nəfər ölüb

Misirdə avtobusla yük maşını toqquşub, 12 nəfər ölüb
# 20 noyabr 2022 14:39 (UTC +04:00)

Bu gün Misirdə avtobusla yük maşını toqquşub.

APA-nın ”Al-Masry Al-Youm” qəzetinə istinadən verdiyi xəbərə görə, Ras-Qarib və Zaafaran şəhərləri arasındakı magistralda baş verən qəzada 12 nəfər ölüb.

Qəzada xəsarət alan 30 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR