Misirdə baş verən yol qəzasında 17 nəfər ölüb

Misirdə baş verən yol qəzasında 17 nəfər ölüb
# 03 avqust 2022 04:35 (UTC +04:00)

Misirin cənubunda baş verən yol qəzasında azı 17 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al-Watan” xəbər portalı məlumat yayıb.

Bildirilir ki, qəza Asyut - Sohaq avtomobil yolunda baş verib.

İnsanlarla dolu mikroavtobus mal-qara daşıyan yük maşını ilə toqquşub.

Faciəli hadisənin qurbanları arasında bir ailənin beş üzvü də var. Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Misirdə hər il 12 min insan avtomobil qəzalarında ölür. Bununla yanaşı, Ərəb Respublikasının İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyində qeyd olunduğu kimi, son vaxtlar ölkədə baş verən qəzaların sayı dörddə bir azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR