Misirdə əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb

Misirdə əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb
# 02 yanvar 2022 02:24 (UTC +04:00)

Misirin altı əyalətində pis hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb, hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib.

APA “Al Youm As Sabi” informasiya portalına istinadən xəbər verir ki, ölkənin əksər ərazilərində leysan yağışları və güclü duman müşahidə edilib.

Hər yerdə təhlükəsizlik tədbirləri gücləndirilib. Respublika Səhiyyə və Əhali Nazirliyindən verilən məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində baş verən qəzalar nəticəsində 3 nəfər ölüb. Onlardan biri yaş elektrik naqillərinə toxunarkən dünyasını dəyişib, Daha bir nəfər sürüşkən yolda avtomobil qəzasının qurbanı olub. Digəri isə İsgəndəriyyədə yağan yağışdan sonra uçan ikimərtəbəli evin dağıntılar altında qalıb.

Həftənin sonuna kimi əlverişsiz hava şəraitinin davam edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR