Misirdə uşaqların piramidaları ziyarət etməsi məhdudlaşdırılıb

 Misirdə uşaqların piramidaları ziyarət etməsi məhdudlaşdırılıb
# 13 iyun 2022 22:48 (UTC +04:00)

Misir hökuməti 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsini qadağan edib.

APA xəbər verir ki, bu barədə “Egypt İndependent” nəşri məlumat yayıb.

Hökumətdən bildirilib ki, 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsi qadağan olunur. Qərar iyuldan qüvvəyə minir.

Misir mediasının məlumatına görə, tarixi məkanlarda azyaşlılara qarşı zorakılıq halları artdığı üçün hökumət belə bir qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR