Misirdə yol qəzasında 16 nəfər ölüb

Misirdə yol qəzasında 16 nəfər ölüb
# 08 yanvar 2022 12:49 (UTC +04:00)

Misirdə yol qəzasında 16 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sinay yarımadasının qərbində Süveyş-Tor şəhərləri arasındakı magistral yolda mikroavtobusla avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Hadisə yerinə 13 təcili yardım maşını gəlib, xəsarət alanlar Tor, Əbu Rudeys, Şarm əl-Şeyx şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR