Mozambikdə qasırğa 10 nəfərin həyatına son qoyub

Mozambikdə qasırğa 10 nəfərin həyatına son qoyub
# 13 mart 2022 06:13 (UTC +04:00)

Mozambikdə küləyin sürəti 55 m/s-dən çox olan “Qombe” tropik siklonu ən azı 10 nəfərin həyatına son qoyub.

APA xəbər verir ki, bu barədə Nampula Əyalət Administrasiyasının sözçüsü Meti Qondola bildirib.

Nampula "Qombe" siklonundan digər bölgələrindən daha çox zərər çəkib. Bu əyalətdə evlərə, elektrik şəbəkələrinə, rabitə və yol infrastrukturuna, o cümlədən körpülərə ziyan dəyib.

Mozambik Milli Elektrik Şirkəti ölkənin 20 rayonunda 300 min insanın işıqsız qaldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR