Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb

Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb
# 06 iyul 2022 06:05 (UTC +04:00)

Nigerin Çadla sərhədində ordu ilə terror qruplaşmaları araslında toqquşma baş verib.

APA-nın xəbərinə görə, Nigerin Müdafiə Nazirliyi bildirib ki, posta hücum zamanı 6 əsgər həlak olub, 14-ü yaralanıb. Hücum edənlərin 17 nəfəri öldürülüb, çox sayda silah-sursat ələ keçirilib.

Müdafiə Nazirliyi hücumu hansı terror qruplaşmasının həyata keçirdiyini bildirməsə də, yerli media bunun Boko Haram və ya Qərbi Afrika İslam Dövləti olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR