Nigeriyada neft zavodu qəzasında ölənlər kütləvi məzarlıda dəfn edilib

Nigeriyada neft zavodu qəzasında ölənlər kütləvi məzarlıda dəfn edilib
# 27 aprel 2022 05:24 (UTC +04:00)

Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda aprelin 23-də baş verən partlayışda nəfər həlak olan 110 nəfər 3 quyuda dəfn edilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə rəsmi mənbələr məlumat yayıb. Mərasimdə faciə qurbanlarının qohumları iştirak etməyib.

Qeyd edək ki, Nigeriyada hər sutkada orta hesabla 200 000 barel xam neft oğurlanaraq qeyri-leqal zavodlarda emal olunaraq qara bazara çıxarılır. Bu müəssisələrdə vaxtaşırı insan ölümü ilə nəticələnən qəzalar baş verir. 1998-ci ildə neft kəmərində baş verən qəza mindən çox insanın həyatına son qoymuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR