Nigeriyada silahlı insidentlərlə əlaqədar küçəyə çıxmaq qadağası qoyulub

Nigeriyada silahlı insidentlərlə əlaqədar küçəyə çıxmaq qadağası qoyulub
# 22 mart 2022 10:58 (UTC +04:00)

Nigeriyada baş verən silahlı insidentlərlə əlaqədar iki bölgədə komendant saatı tətbiq edilib.

APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, bu barədə Nigeriyanın Kaduna vilayətinin Daxili Təhlükəsizlik və Daxili İşlər Komissarı Samuel Aruvan açıqlama verib.

O bildirib ki, Jemaya və Kaura bölgələrində asayişin pozulmasının qarşısını almaq üçün iki günlük çölə çıxmaq qadağası ilə bağlı qərar qəbul edilib.

Həmçinin qeyd edilib ki, ölkənin Kaura bölgəsində baş verən silahlı hücumlar nəticəsində 15 nəfər həyatını itirib.

Hökumət tərəfindən son zamanlar silahlı şəxslərin ölkədə motosikletlərə hücumları səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.

Martın 20-də Zamfara əyalətinin Juyi, Doruwa və Qanar Kiyava kəndlərinə motosikletli silahlıların hücumları nəticəsində 62 nəfər qaçırılıb.

Hücumlarda ölənlərin sayı 37-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR