Nigeriyada silahlılar vağzaldan 30-dan çox adamı oğurlayıb

Nigeriyada silahlılar vağzaldan 30-dan çox adamı oğurlayıb
# 09 yanvar 2023 05:38 (UTC +04:00)

Nigeriya polisi vağzala hücum edərək 30-dan çox adamı qaçıran naməlum silahlı şəxsləri axtarır.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Nigeriyanın cənubundakı Edo əyalətindəki Tom İkimi stansiyasına hücum sərnişinlər qatar gözləyərkən baş verib. Avtomatla silahlanmış şəxslər bir neçə nəfəri də güllələyib.

Polis hücumçuların 32 nəfəri oğurladığını, bir nəfərin isə qaçmağı bacardığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR