Patris Lumumbanın cənazəsinin qalığı Konqoya qaytarılıb

Patris Lumumba

© APA | Patris Lumumba

# 22 iyun 2022 06:57 (UTC +04:00)

Qətlə yetirilməsindən 61 il sonra Patris Lumumbanın cənazəsinin qalığı Konqo Demokratik Respublikasına qaytarılıb.

APA “Le Matin” saytına istinadla xəbər verir ki, qalıq 1 dişdən ibarətdir. Dişin saxlandığı qutunu Brüsseldən gətirən təyyarə Kinşasaya enib. Qalıq başqa təyyarə ilə keçmiş Baş nazirin doğulduğu Sankuru əyalətinə aparılacaq. Ölkədə bu məqsədlə 3 gün matəm elan olunması və qalığın hərbi mərasimlə dəfn olunması planlaşdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Belçika prokurorluğu keçmiş polis işçisinin qızından bir diş müsadirə edib. Təhqiqat zamanı qızın atasının 1961-ci ildə Lumumbanı öldürən dəstənin üzvü olduğu ortaya çıxıb. O, mərhumun dişlərini çıxararaq özündə saxlayıb. 2020-ci ildə məhkəmə dişin Konqo Demokratik Respublikasına qaytarılmasına qərar verib. Ehtimal olunur ki, Lumumbanın daha bir dişi və barmağı da Belçikadada saxlanılır.

Xatırladaq ki, 1960-cı ildə müstəqil Konqo Demokratik Respublikasının ilk Baş naziri olmuş Lumumba 17 yanvar 1961-ci ildə katanqa qəbiləsindən olan əsgərlər tərəfindən öldürülüərək basdırılıb. Ertəsi gün cənazə çıxarılaraq turşuda əridilib. Prosesə belçikalı zabitlərin rəhbərlik etdiyi iddia olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR