Qvatemalanın Solola departamentində iki bələdiyyənin sakinləri arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar toqquşmada ən azı 13 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Nauala və Santa-Katarina İkstauakan bələdiyyələrinin sakinləri arasında toqquşma ölənlər arasında qadınlar və uşaqlar, o cümlədən bir polis əməkdaşı var.
İki bələdiyyə arasında torpaq mübahisəsi 100 ilə yaxındır ki, davam edir.
Qvatemalada iki bələdiyyənin sakinləri arasında toqquşmada 13 nəfər ölüb
