Seneqalda avtobus qəzasında 40 nəfər ölüb, 3 günlük matəm elan olunub

Seneqalda avtobus qəzasında 40 nəfər ölüb, 3 günlük matəm elan olunub
# 08 yanvar 2023 16:34 (UTC +04:00)

Seneqalda iki avtobus toqquşub.

APA-nın “Senenews” portalına istinadən verdiyi xəbərə görə, hadisə Kafrin əyalətində baş verib.

Dakara və Kuduqudan gələn avtobuslar toqquşub. Qəza nəticəsində 38 nəfər ölüb, 100 nəfər yaralanıb.

Seneqal Prezidenti Maki Sall “Tvitter” hesabında paylaşımında qəzada 40 nəfərin öldüyünü qeyd edib. Eyni zamanda Prezident hadisə ilə əlaqədar yanvarın 9-dan ölkədə 3 günük matəm elan etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR